İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "zadəganlar" "Arsenal"dan Omar Hatçinsonu transfer edib. 18 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Gənc futbolçu "Çelsi"nin U-23 komandasında çıxış edəcək.
Omar Hatçinson "Arsenal"ın yetirməsidir. Yamaykalı forvard son mövsümdə "topçular"ın U-21 komandasının heyətində meydana çıxdığı 22 oyunda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
