"Barselona" Levandovski transferini açqıladı

20:43 - 16 İyul 2022

"Barselona" "Bavariya"nın hücumçusu Robert Levandovskinin transferini tamamlayıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Açıqlamada polşalı forvardın transferi ilə bağlı razılıq əldə edildiyi bildirilib.

 

33 yaşlı qolçu tibbi müayinədən keçdikdən sonra "Barselona" ilə rəsmi müqavilə imzalayacaq.

Xəbər xətti