"Bavariya" rəsmisindən Ronaldo açıqlaması

20:57 - 16 İyul 2022

"Bavariya"nın idman direktoru Hasan Salihamidziç "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun "Bavariya"ya keçəcəyi ilə bağlı xəbərlər haqda danışıb.

 

Sportal.az xəbər verir ki, klub funksioneri portuqaliyalı ulduz futbolçunun gündəmlərində olmadığını deyib:

 

"Kriştiano Ronaldonun karyerasına və etdiklərinə çox böyük hörmətlə yanaşıram. Amma biz onu transfer etməyəcəyik".

 

Qeyd edək ki, Kriştiano Ronaldo "Mançester Yunayted"dən ayrılmaq istəyir. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2023-cü ilin yayına kimidir.

Xəbər xətti