"Qarabağ"ın rəqibi mövsümün ilk matçında darmadağın oldu

21:50 - 16 İyul 2022

İsveçrə Super Liqasında 2022/2023 mövsümünə start verilib.

 

Sportal.az xəbər verir ki, Çempionlar Liqası III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Sürix" ilk turda səfərdə "Yanq Boyz"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsiylə başa çatıb.

 

Qeyd edək ki, "Qarabağ" "Sürix"lə ilk matçı iyulun 19-u Bakıda keçirəcək. Bu komandalar arasında cavab görüşü bir həftə sonra İsveçrədə baş tutacaq.

Xəbər xətti