Konfrans Liqası: Klublarımızın üçüncü mərhələdəki potensial rəqibləri bəlli oldu

10:14 - 17 İyul 2022

Konfrans Liqasının ikinci təsnifat mərhələsində mübarizəyə başlayacaq “Neftçi”, “Zirə” və “Qəbələ”nin üçüncü mərhələdəki potensial rəqibləri bəlli olub.

Sportal.az xəbər verir ki, "Neftçi" Kiprin "Aris" klubunu keçərsə, növbəti mərhələdə bu komandalardan biri ilə qarşılaşa bilər:

“Tvente” (Niderland)

“Mölde” (Norveç) - “Elfsborq” (İsveç) cütünün qalibi

“Rapid” (Vyana, Avstriya) - “Lexiya” (Polşa) cütünün qalibi

“Hapoel” (Beer-Şeva, İsrail) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi

“Levski” (Bolqarıstan) - PAOK (Yunanıstan) cütünün qalibi

"Zirə" isə “Makkabi”ni (Tel-Əviv, İsrail) turnirdən uzaqlaşdıracağı təqdirdə, aşağıda adları qeyd olunan komandalardan biri ilə üz-üzə gələcək:

“Rujomberok” (Slovakiya) - “Riqa” (Latviya) cütünün qalibi

“Kızıljar” (Qazaxıstan) - “Osiyek” (Xorvatiya) cütünün qalibi

“Vikinqur” (Farer adaları) - DAK 1904 (Slovakiya) cütünün qalibi

“Qzira Yunayted” (Malta) - “Radniçki” (Serbiya) cütünün qalibi

“Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün qalibi

Konfrans Liqasındakı daha bir təmsilçimiz "Qəbələ"in də potensial rəqibləri bəllidi. Belə ki, bölgə təmsilçisi Macarıstan “Fehervar” klubuna güclü olarsa, üçüncü mərhələdə bu komandalardan biri ilə qarşılaşacaq:

“Panatinaikos” (Yunanıstan)

“Sepsi” (Rumıniya) - “Olimpiya” (Sloveniya) cütünün qalibi

“Vlajniya” (Albaniya) - “Universitatya Krayova” (Rumıniya) cütünün qalibi

Koper” (Sloveniya) - “Vaduts” (Lixtenşteyn) cütünün qalibi

“Petrokub” (Moldova) - “Laçi” (Albaniya) cütünün qalibi

Üçüncü mərhələnin püşkatma mərasimi iyulun 18-də keçiriləcək. 

Xəbər xətti