Rusiya Premyer Liqasının təmsilçisi “Ximki” növbəti transferi həyata keçirib.
Sportal.az xəbər verir ki, Ximki təmsilçisi “Axmat”ın qolkiperi Vitali Qudiyevlə anlaşıb. 27 yaşlı qapıçı “Ximki” ilə bir illik müqavilə imzalayıb.
Vitali, Azərbaycan millisinin qapısını qorumuş Kazimir Qudiyevin oğludur. Xatırladaq ki, bu komandada Azərbaycanla bağlılığı olan daha iki futbolçu İlya Sadıqov və Ayaz Quliyev də çıxış edir.
