"Qəbələ" məşqlərini davam etdirir

11:07 - 17 İyul 2022

2022/2023 mövsümünü Türkiyədə davam etdirən "Qəbələ" növbəti məşqinə çıxıb.
 

Sportal.az xəbər verir ki, bölgə klubu Boluda təşkil olunan təlim-məşq toplanışının 13-cü gününü bir məşqlə yekunlaşdırıb.

Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv günün ikinci yarısında hazırlıq keçib. Məşq prosesi toplu və topsuz çalışmalardan ibarət olub. Hazırlıq ikitərəfli oyunla başa çatıb.

Xəbər xətti