İspaniya klubundan 14 milyonluq transfer

13:48 - 17 İyul 2022

"Real Sosyedad" yeni transfer həyata keçirib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Primero təmsilçisi "Selta"dan hücumameylli yarımmüdafiəçi Brais Mendesi heyətinə qatıb.

25 yaşlı futbolçu üçün 14 milyon avro ödəyən San-Sebastyan təmsilçisi onunla 6 illik müqavilə imzalayıb.

2018-ci ildən İspaniya millisində oynayan Brais 2017-2022-ci illərdə "Selta"da çıxış edib. 

Xəbər xətti