"Qarabağ" və "Sürix"in açıq məşqinin vaxtı bilindi

16:17 - 17 İyul 2022

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Sürix” oyunundan öncə baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Sportal.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov iyulun 18-i saat 18:45-da "Azersun Arena"da mətbuat konfransında iştirak edəcək. 19:00-da isə "Qarabağ"ın media nümayəndələri üçün açıq olacaq.

"Sürix"in baş məşqçisi Franko Fodanın mətbuat konfransına isə 17:30-da Tofiq Bəhramov adına Respublika stadionunda start veriləcək. 18:00-da da media üçün açıq məşq (ilk 15 dəqiqəsi) olacaq. 

Xəbər xətti