"Qarabağ" növbəti transferini açıqlayıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Julio Romaonu heyətinə qatıb.
"Atletiko Paranaense"nin yetirməsi olan braziliyalı "Ponte Preta"nın U-21 komandasında və “Santa Kruz”da çıxış edib.
2020-ci ildə “Santa Klara”ya keçən orta xətt oyunçusu ötən mövsüm Portuqaliya Primerosunda 15 oyuna çıxıb.
