"Neftçi" Fəhmin Muradbəyli ilə müqaviləyə birtərəfli şəkildə xitam verib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
“Neftçi”nin yetirməsi olan Muradbəyli 2013-2018, 2020-2021-ci illər ərzində ağ-qara formada 94 oyunda meydana çıxıb, 8 qol vurub. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Şamaxı”da keçirib.
