"Qarabağ"ın Julio Romao üçün xərclədiyi məbləğ məlum olub.
Sportal.az "record.pt"a istinadən xəbər verir ki, Ağdam təmsilçisi braziliyalı futbolçu üçün "Santa-Klara"ya təzminat ödəyib.
Portuqaliya mətbuatına inansaq, 24 yaşlı braziliyalının keçidi "Qarabağ"a 200-300 min avro başa gəlib.
“Qarabağ”da 6 nömrəli formanı geyinəcək Romao özü isə yeni komandası ilə 4 illik müqavilə imzalayıb.
Romao 2020-ci ilin yayından “Santa-Klara”da oynayırdı.
