Konfrans Liqası: "Neftçi", "Qəbələ" və "Zirə"nin potensial rəqibləri bəlli oldu - YENİLƏNİB

16:26 - 18 İyul 2022

Bu gün Avropa Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, püşk nəticəsində Azərbaycan klublarının da rəqibləri müəyyənləşib.

 

"Neftçi" "Aris" (Kipr) səddini keçərsə, “Rapid” (Vyana, Avstriya) - “Lexiya” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

 

"Zirə" " - Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi “Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

 

"Qəbələ" isə Macarıstanın “Fehervar” klubundan üstün olarsa, III təsnifat mərhələsində “Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) cütünün qalibi ilə oynayacaq

 

*******

 

Bu gün Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin püşkü atılacaq.

Sportal.az xəbər verir ki, püşkatmada "Neftçi", "Zirə" və "Qəbələ"nin potensial rəqibləri dəqiqləşəcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

"Neftçi" "Aris" (Kipr) səddini keçərsə, potensial rəqibləri aşağıdakı komandalar olacaq:

“Tvente” (Niderland)

“Mölde” (Norveç) - “Elfsborq” (İsveç) cütünün qalibi

“Rapid” (Vyana, Avstriya) - “Lexiya” (Polşa) cütünün qalibi

“Hapoel” (Beer-Şeva, İsrail) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi

“Levski” (Bolqarıstan) - PAOK (Yunanıstan) cütünün qalibi

"Zirə" " - Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibinin isə bu komandaların qalibi ilə qarşılaşmaq ehtimalı var:

“Rujomberok” (Slovakiya) - “Riqa” (Latviya) cütünün qalibi

“Kızıljar” (Qazaxıstan) - “Osiyek” (Xorvatiya) cütünün qalibi

“Vikinqur” (Farer adaları) - DAK 1904 (Slovakiya) cütünün qalibi

“Qzira Yunayted” (Malta) - “Radniçki” (Serbiya) cütünün qalibi

“Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün qalibi

"Qəbələ" isə Macarıstan “Fehervar” klubundan üstün olarsa, üçüncü mərhələdə bu komandalardan biri ilə qarşılaşacaq:

“Panatinaikos” (Yunanıstan)

“Sepsi” (Rumıniya) - “Olimpiya” (Sloveniya) cütünün qalibi

“Vlajnaya” (Albaniya) - “Universitatya Krayova” (Rumıniya) cütünün qalibi

“Koper” (Sloveniya) - “Vaduts” (Lixtenşteyn) cütünün qalibi

​“Petrokub” (Moldova) - “Laçi” (Albaniya) cütünün qalibi

Xəbər xətti