"Qarabağ" - "Sürix" matçına nə qədər bilet satılıb?

10:49 - 18 İyul 2022

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Sürix"i qəbul edəcək "Qarabağ"a sabah dəstək böyük olacaq.

Sportal.az xəbər verir ki, görüş üçün nə qədər biletin satıldığı məlum olub.

İndiyə qədər 23 min bilet satılıb.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da start götürəcək. Cavab qarşılaşması isə iyulun 27-də İsveçrədə keçiriləcək. 

Xəbər xətti