"Qarabağ" yeni transferini "Sürix"lə oyunlar üçün siyahıya əlavə etdi

11:17 - 18 İyul 2022

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Sürix"lə qarşılaşacaq "Qarabağ" sifariş ərizəsini UEFA-ya təqdim edib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam klubunun yeni transferi Julio Romao siyahıya əlavə edilib.

24 yaşlı braziliyalı Ağdam klubu ilə 4 illik müqavilə imzalayıb.

"Qarabağ" "Sürix"lə iyulun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcək. Cavab görüşü bir həftədən sonra İsveçrədə oynanılacaq. 

Xəbər xətti