"Zirə"nin rəqibi futbolçusunu icarəyə verdi

11:47 - 18 İyul 2022

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi" (Təl-Əviv) daha bir futbolçusunu icarəyə verib.

Sportal.az İsrail mətbuatına istinadən xəbər verir ki, Ronen Hanzis "Beytar"da oynayacaq.

"Makkabi" 20 yaşlı vingerinin mövsümün sonuna qədər Yerusəlim təmsilçisində oynamasına icazə verib.

“Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də Bakıda, cavab görüşü isə ayın 28-də səfərdə baş tutacaq

Xəbər xətti