Azərbaycan futbolçu qol vurdu, "Arsenal" qazandı

12:17 - 18 İyul 2022

Rusiya birinci divizionunda 2022/23 mövsümünə start verilib.

Sportal.az xəbər verir ki, "Arsenal"ın azərbaycanlı forvardı Kamran Əliyev də yeni sezonda debüt edib. Kamranın komandası "SKA-Xabarovsk"la görüşdə meydana çıxıb. Start heyətində meydana çıxan Əliyev 38-ci dəqiqədə "Arsenal"ın ikinci qolunu vurub. Matçın 66-cı dəqiqəsində isə həmyerlimiz komanda yoldaşı ilə əvəzlənib.

Matç Tula klubunun 3:2 hesablı qələbəsilə başa çatıb.

Xəbər xətti