Fil dişi Sahili millisinin üzvü Serj Orye "Atletiko"da oynayacaq.
Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, müdafiəçi Madrid klubu ilə razılıq əldə edib.
Orye ötən mövsümü "Vilyarreal"da keçirib. Tərəflər yayda başa çatan müqaviləni yeniləməyib.
