"Qrasshoppers" Dadaşov üçün İngiltərə klubuna nə qədər ödəyib?

14:25 - 18 İyul 2022

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun "Vulverhempton"dan "Qrasshoppers"ə keçidinin təfərrüatları məlum olub.

Sportal.az “football365”ə istinadən xəbər verir ki, İsveçrə klubu 23 yaşlı forvard üçün “Vulverhempton”a 315 min funt-sterlinq (təxmini 640 000 manat) ödəyib.

Xatırladaq ki, Dadaşov “Qrasshoppers”lə iki illik müqavilə imzalamışdı.

​Klub onunla müqavilə müddətini daha bir illik artırma hüququna malikdi.

Xəbər xətti