Türkiyə millisinin üzvü İngiltərə klubuna keçdi

16:57 - 18 İyul 2022

İspaniyanın "Selta" klubudandan ayrılan Okay Yokuşlunun yeni klubu məlli olub.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını İngiltərə davam etdirəcək.

 

Türkiyə millisinin üzvü "Vest Bromviç"ə transfer olunub. Bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb. Təcrübəli futbolçu ilə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Okay Yokuşlu 2020/2021 mövsümünün ikinci yarısında icarə əsasında "Vest Bromviç"də oynayıb.

Xəbər xətti