"Milan" futbolçusunu icarəyə verdi

22:09 - 18 İyul 2022

"Milan" Mattia Kaldaranı “Speziya”ya icarəyə verib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu qarşıdakı bir ili icarə əsasında "Speziya"da keçirəcək.

2018-ci ildə “Yuventus”dan transfer olunan Kaldara “Atalanta” və “Venetsiya”da da icarədə oynayıb. “Trapani” və “Çezena”nın da şərəfini qorumuş futbolçu İtaliya millisində 2 oyuna çıxıb.

 

Xəbər xətti