"Çelsi" futbolçusu Ross Barkli ilə yollarını ayırmaq istəyir.
Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, "zadəganlar" yarımmüdafiəçini istəmədiyinə görə onu satışa çıxarıb.
Baş məşqçi Tomas Tuhel 28 yaşlı futbolçuya ehtiyac görməyib. Ona görə də futbolçunun meneceri artıq ona komanda axtarmağa başlayıb.
