Argentinalı "Roma"da ilk seçimini etdi

09:58 - 19 İyul 2022

"Roma"nın yeni transferi Paulo Dibala nörmə seçimini də edib.

Sportal.az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, argentinalıya 10 nömrəli formada çıxış etmək təklif edilib. Hətta klubun əfsanəsi Françesko Totti də buna etiraz etməyib. Amma Dibala özü bundan imtina edib. O, 21 nömrəli formanı seçib.

"Roma"da 2017-ci ildən 10 nömrəli futbolkada heç kim çıxış etmir.

 

Xəbər xətti