Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə bu gün start veriləcək.
Sportal.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutacaq.
Azərbaycan çempionu "Qarabağ" İsveçrənin "Sürix" klubunu qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.
Milli komandamızın forvardı Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) isə evdə Şimali Makedoniyanın "Şkupi" klubu ilə oynayacaq.
II təsnifatın digər görüşləri sabah oynanılacaq.
19 iyul
UEFA Çempionlar Liqası
20:00. "Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə)
20:00. "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq)
20:00. "Jalgiris" (Litva) - "Malmö" (İsveç)
21:45. "Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya)
21:45. "Midtülland" (Danimarka) - AEK (Larnaka, Kipr)
22:45. "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç)
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya)
