"Sabah" növbəti legioner transferini İspaniyadan edib.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisi "Alkorkon"da oynamış Emmanuel Apehi heyətinə qatıb.
Karyerası ərzində 1996-cı ildə Nigeriyanın Kaduna şəhərində dünyaya gəlmiş forvard “Lorka”, “Selta”(Viqo), “Selta B”, “Tenerife”, “Alkorkon” klublarında çıxış edib.
Bütün karyerası İspaniya ilə bağlı olan forvard 142 matçda 28 qol vurub.
