"Qarabağ"ın rəqibi bu gün növbəti məşqinə çıxdı - FOTOLAR

12:16 - 19 İyul 2022

Bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Sürix” dünən oyunöncəsi məşqlə kifayətlənməyib.

Sportal.az xəbər verir ki, İsveçrə çempionu bir neçə dəqiqə əvvəl oyunöncəsi daha bir məşqə çıxıb.

Franko Fodanın rəhbərlik etdiyi kollektiv güclü küləyə baxmayaraq, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında məşq edib. Xatırladaq ki, isveçrəlilər bu stadionda dünən də məşq edib.



 

 



Mirbağırağa

Xəbər xətti