"Qalatasaray" Mbaye Dianla yollarını ayırıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, afrikalı hücumçu "Fatih Karagümrük"də oynayacaq.
O, İstanbul təmsilçisi ilə müqavilə imzalayıb.
"Qalatasaray"ın yeni baş məşqçisi Okan Buruk seneqallı hücumçunu sərəncamında görmək istəməyib.
Dian 2019-cu ilin yanvarından “Qalatasaray”da oynayırdı.
