"Qarabağ" - "Sürix" matçı üçün maska tələbi

13:22 - 19 İyul 2022

Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ" "Sürix" matçından sonra keçiriləcək mətbuat konfransına giriş üçün maska tələb olunacaq.

Sportal.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, UEFA-nın tələbinə əsasən, matçdan sonra keçiriləcək mətbuat konfransında iştirak edəcək media nümayəndələrinin FFP-2 tipli (N95) maskalardan istifadə etmələri məcburidir.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matç 20:00-da start götürəcək.

Xəbər xətti