UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Makkabi" (Təl-Əviv) oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.
Sportal.az xəbər verir ki, iyulun 20-i 17:30-da BOS-da öncə Rəşad Sadıqovun mətbuat konfransı keçiriləcək.
Ardınca isə, saat 18:45-də "Dalğa Arena"nın konfrans zalında "Makkabi"nin (Təl-Əviv) baş məşqçisi Vladimir İviçin mətbuat konfransı baş tutacaq.
