Macarıstan mətbuatı "Qarabağ" - "Sürix" matçından yazdı

14:56 - 19 İyul 2022

Macarıstan mətbuatında Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ” – “Sürix” cütünün şansları dəyərləndirib.

Sportal.az xəbər verir ki, "Index"in yazdığına görə cütün favoriti isveçrəlilərdi.

Macarıstanlı həmkarlarımız “Ferentsvaroş”un “Slovan” səddini keçəcəyi təqdirdə, “Sürix”lə qarşılaşmaq ehtimalının yüksək olduğunu yazıblar:

"Əgər komandaların bazar dəyərini əsas götürsək, onda bizim cütlükdə “Ferentsvaroş” (42,65 milyon avro) “Slovan”dan (21,08 milyon) iki dəfə güclüdür. Digər cütlükdə isə “Sürix” (42,1 milyon avro) “Qarabağ”dan (14,1 milyon avro) təxminən 3 dəfə üstündü.

Favoritlər qalib gəlsə, “Ferentsvaroş” ötən mövsümün əvvəlində olduğu kimi növbəti İsveçrə çempionu ilə qarşılaşacaq. Lakin həmin vaxt rəqib “Yanq Boyz” idi. Hansı ki, hər iki görüşü 3:2 hesabı ilə qalib başa vurdu. Buna görə də Macarıstan klubu Avropa Liqasının qrup mərhələsinə düşdü".

Xəbər xətti