"Borussiya"nın yeni transferi Sebastyen Alle ilə bağlı üzücü xəbərlər yayılıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, onun cinsi orqanında xərçəng hüceyrələri aşkarlanıb.
Buna görə də 28 yaşlı forvard İsveçrə toplanışını tərk edərək müalicə üçün Almaniyaya qayıdıb.
“Borussiya” afrikalı hücumçunu 31 milyon avro qarşılığında “Ayaks”dan transfer edib.
