Azərbaycan yığmasının sabiq üzvü Türkiyədə klubunu dəyişdi - FOTO

15:41 - 19 İyul 2022

Azərbaycanın U-19 yığmasının sabiq üzvü Yusuf Oral Türkiyədə klubunu dəyişib.

Sportal.az xəbər verir ki, "Beşiktaş" yetirməsi olan yarımmüdafiəçi "Kuşadasıspor"dan ayrılıb.

O, "Şile Yıldızspor"la müqavilə imzalayıb.

18 yaşlı futbolçu Azərbaycanın U-17 və U-19 yığmalarında çıxış edib. Futbolçunun yeni komandası Türkiyə üçüncü liqasında 1-ci qrupda mübarizə aparır.

Xəbər xətti