"Yuventus"un müdafiəçisi rəsmən "Bavariya"da

20:27 - 19 İyul 2022

Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi "Yuventus"dan Matteys de Liqti transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

22 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Bundesliqa klubu bu keçid üçün 70 milyon avro və 10 milyon avro bonus ödəyəcək.

 

Qeyd edək ki, De Liqt "Yuventus"a 2019-cu ilin yayında "Ayaks"dan transfer olunub. Niderland millisinin üzvü son mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 42 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti