Millimizin forvardı Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) Çempionlar Liqasında yeni mövsümün ilk görüşünü keçirib.
Sportal.az xəbər verir ki, Zaqreb klubu ikinci təsnifat mərhələsində Şimali Makedoniya "Şkupi" klubu ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Tərəflər cavab matçı iyulun 26-sı Şimali Makedoniyada keçiriləcək. Emreli zədə səbəbindən sözügedən görüşü buraxıb.
"Dinamo" - "Şkupi" - 2:2
Qollar: Queven, 25 (0:1), Ademi, 44 (1:1), Petkoviç, 86 (2:1), Cephas, 89 (2:2)
