"Turan Tovuz" Gürcüstana yollanır

10:36 - 20 İyul 2022

"Turan Tovuz" yeni mövsümün hazırlıqlarının qalan hissəsini Gürcüstanda keçəcək.

Sportal.az xəbər verir ki, buna görə Tovuz təmsilçisi bu gün qonşu ölkəyə yollanacaq.

Tbilisiyə yollanacaq Ayxan Abbasovun komandası "Zedazeni" otelində məşkunlaşacaq.

İyulun 30-a dək davam edəcək hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

Xəbər xətti