Yeni mövsümə Bolqarıstanda hazırlaşan "Sabah" bu gün ölkə xaricindəki ilk yoxlama görüşünü keçirəcək.
Sportal.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi kollektiv "Hapoel Hadera" klubu ilə qarşılaşacaq.
Matç Sofiya şəhərində, Bakı vaxtilə 19:30-da keçiriləcək.
Xatırladaq ki, "Sabah" Bakıda "Sumqayıt"a 1:2 uduzub, "Səbailə"ə 3:1 qalib gəlmişdi.
