"Qalatasaray"da növbəti ayrılıq yaşanıb.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub Mustafa Mohammedi "Nant"a icarəyə verib.
24 yaşlı misirli futbolçu qarşıdakı mövsümün sonuna kimi Fransa klubunda çıxış edəcək.
Mövsüm sonunda isə "Nant" 6 milyon avro ödəməklə Misir yığmasının üzvünü birdəfəlik transfer etmək hüququna malikdi.
Mustafa 2021-ci ildə "Zamalek"dən "Qalatasaray"a keçmişdi.
