Yığmamız iki yoxlama görüşü keçirəcək

11:30 - 20 İyul 2022

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iyulun 22-dən 31-dək Qəbələdə təlim-məşq toplanışı olacaq.

Sportal.az xəbər verir ki, yığma hazırlıq çərçivəsində iki yoxlama matçına da çıxacaq.

U-17 iyulun 26-da və 29-da Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Xəbər xətti