"Sürix" "Qarabağ"la matça xüsusi formalarla çıxıb

11:45 - 20 İyul 2022

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"la qarşılaşan "Sürix" matça xüsusi formalarla çıxıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin qara rəngli formalar yalnız "Qarabağ"la matçlarda geyinilib. Həmin formalar azarkeşlər üçün klubun mağazasında satışa çıxarılmayacaq. "Sürix"in səfər forması "Qarabağ"la oyuna qədər çatdırılmadığına görə, klub matça qara formada çıxıb.

​“Qarabağ” “Sürix”lə cavab oyununu iyulun 27-də İsveçrədə keçirəcək.

Xəbər xətti