Azərbaycan millisindən imtina edən müdafiəçi Türkiyə klubu ilə anlaşdı - FOTO

13:14 - 20 İyul 2022

Azərbaycanın U-19 və U-21 yığmasında oynadıqdan sonra seçimini Türkiyə yığmasından yana edən Emre Kapla özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasında oynamaqdan imtina edən müdafiəçi Türkiyə birinci liqasında yarışan “Adanaspor”la anlaşıb.

“Başakşehir” 21 yaşlı müdafiəçi Adana klubuna 1 illik müqaviləyə icarəyə verib.

O, ötən mövsümü icarə əsasında “Bodrumspor” və “Hatayspor”da keçirmişdi.
 

 

Mirbağırağa

Xəbər xətti