“Qalatasaray” İsveçrə millisinin və “Benfika”nın hücumçusu Haris Seferoviçi heyətinə qatıb.
Sportal.az xəbər verir ki, forvard dünən gecə saatlarında artıq İstanbula uçub. Onu Atatürk Hava limanında “Qalatasaray” azarkeşləri böyük coşqu ilə qarşılayıb.
Forvard növbəti mövsümü İstanbul klubunda icarə əsasında oynayacaq. Mövsüm sonunda isə klub onun transfer hüquqlarına sahib çıxacaq.
