Dibala yeni klubu ilə müqavilə imzaladı

15:37 - 20 İyul 2022

"Yuventus"dan ayrılan Paulo Dibalanın yeni klubu məlum olub.

 

Sportal.az xəbər verir ki, argentinalı futbolçu "Roma" ilə anlaşıb. Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

28 yaşlı hücumçu ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. O, yeni klubunda 21 nömrəli forma ilə çıxış edəcək.

 

Paulo Dibala "2017-ci ilin yayında "Palermo"dan Yuventus"a transfer olunmuşdu. Argentina millisinin üzvü "ağ-qaralar"ın heyətində meydana çıxdığı 292 matçda 115 qol və 48 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti