"Lion"un müdafiəçisi "Qalatasaray"da

16:49 - 20 İyul 2022

Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "sarı-qırmızılar" "Lion"un sağ cinah müdafiəçisi Leo Dyuba ilə razılıq əldə edib. Türkiyə mətbuatının yazdığına görə, 27 yaşlı futbolçu bu gecə İstanbula gedərək "cim bom"la 4 illik müqavilə imzalayacaq.

 

"Qalatsaray" fransalı oyunçu üçün "Lion"a 3 milyon avro ödəyəcək. Təcrübəli futbolçu Super Liqa klubunda illik 1,3 milyon avro maaş alacaq.

 

Leo Dyuba 2018-ci ilin yayından "Lion"da çıxış edir. O, son mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 28 matçda 3 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti