Yeni mövsümə Bolqarıstanda hazırlaşan "Sabah" bu gün ölkə xaricindəki ilk yoxlama görüşünü keçirib.
Sportal.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi kollektiv "Hapoel Hadera" klubu ilə matçdan məğlub ayrılıb.
Sofiyada keçirilən qarşılaşma israillilərin 1:0 hesablı qələbəsilə yekunlaşıb.
