Elmar Baxşıyev: "Hamının tam oyuna köklənməsi sevindiricidi"

23:48 - 20 İyul 2022

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”la qarşılaşacaq "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev matçla bağlı danışıb. 

Sportal.az xəbər verir ki, təmsilçimizin çalışdırıcısı sabahkı oyun haqda fikirlərini klub saytına açıqlayıb:

"Fehervar”la oyun öncəsi komandada ab-hava yüksək səviyyədədir. Ən önəmlisi odur ki, heyətimizdə zədəli futbolçu yoxdur. Sabah meydanda əlimizdən gələni edəcəyik. “Qəbələ” həm öz azarkeşlərini, həm də bütün Azərbaycan xalqını sevindirməyə çalışacaq. Qarşılaşmaya hazırlığı yekunlaşdırmaq üzrəyik. Hamının tam oyuna köklənməsi sevindiricidir. Avrokubok görüşləri fərqli olur. Futbolçular planlaşdırdığımız səviyyədə hazırdır və bütün komanda səbirsizliklə matçı gözləyir. Ümid edirəm ki, sabah bunun davamını meydanda gətirəcəyik".

Xəbər xətti