"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsrail "Makkabi" klubu (Təl-Əviv) ilə görüşdən öncə komanda üzvləri ilə görüşüb.
Sportal.az xəbər verir ki, bu haqda Məmmədov özü tvitter hesabında paylaşım edib:
“Komandamız UEFA Konfrans Liqasında mübarizəyə İsrailin “Makkabi” klubu ilə oyunla başlayır. Oyun öncəsi futbolçular və məşqçi heyəti ilə görəşərək komandaya uğurlar, ruh yüksəkliyi və azarkeşlərin gözlədiyi müsbət nəticə arzuladıq. Uğurlar “Zirə”!”.
"Dalğa Arena"da keçiriləcək "Zirə" - "Makkabi" (Təl-Əviv) görüşü saat 20:00-da başlayacaq.
