Azərbaycan millisinin oyunun vaxtı dəqiqləşdi

10:58 - 21 İyul 2022

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçirəcəyi səfər görüşünün başlama saatı dəqiqləşib. 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, Malta - Azərbaycan oyunu sentyabrın 2-də, Ta`Qali şəhərindəki Malta Milli stadionunda saat 21:30-da başlayacaq.

Xəbər xətti