"Qəbələ"nin legioneri: "Mövsümün ən vacib oyununa çıxırıq"

11:42 - 21 İyul 2022

"Qəbələ"nin braziliyalı legioneri Ruan Renato instaqram hesabında paylaşım edib.

Sportal.az xəbər verir ki, bölgə klubunun aparıcı üzvü bu gün Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Fehervar”a qarşı keçirəcəkləri oyun barədə yazıb:

"Hamımız yeni sezona hazırıq. Mövsümün ən vacib oyununa çıxırıq. Biz tam hazırıq. Biz birlikdə daha güclüyük, irəli "Qəbələ"!"

 

Mirbağırağa

Xəbər xətti