“Dinamo”nun azərbaycanlı hücumçu Mahir Emreli zədəsini sağaldıb.
Sportal.az xəbər verir ki, 25 yaşlı forvard artıq kollektivlə məşqlərə qoşulub.
Məlumata görə, Mahir Xorvatiya çempionatının ikinci turunun “Slaven Belupo”ya qarşı keçiriləcək oyununda meydana çıxa biləcək. Bu matç iyulun 23-də oynanılacaq.
