"Liverpul"un sabiq futbolçusu Türkiyə klubunda

13:28 - 21 İyul 2022

"Liverpul"un sabiq futbolçusu Lazar Markoviç Türkiyənin "Qaziantep" klubuna keçib.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serbiyalı yarımmüdafiəçi eyniadlı şəhərin klubu ilə 2+1 şərti üzrə müqavilə imzalayıb.

28 yaşlı futbolçunun son klubu "Partizan" olub.

O, həm də "Fənərbaxça"nın formasını geyinib. 

Xəbər xətti